Azərbaycanəsilli İran rejissoru Cəfər Pənahi Kann Beynəlxalq Film Festivalında "Qızıl palma budağı" mükafatına layiq görülüb.
Axşam.az xəbər verir ki, mükafat rejissora "Sadə təsadüf" filminə görə təqdim olunub.
Qeyd edək ki, Cəfər Pənahi 15 ildən sonra ilk dəfə olaraq sözügedən festivalda iştirak edib və əsas mükafatı qazanıb.
Film gizli şəkildə çəkilib və dövlət tərəfindən maliyyələşdirilməyib.
Cəfər Pənahi İranda dəfələrlə həbs olunub. Onun film çəkməsinə qadağa belə qoyulub.