Yaşasaydı 70 yaşı olacaqdı

Yaşasaydı 70 yaşı olacaqdı
641 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Cavidan Novruz atası, mərhum Xalq artisti Ramiz Novruzla bağlı paylaşım edib. 

Axşam.az xəbər verir ki, aktyor atasının ad günü olduğunu bildirib.

Cavidan R.Novruzun arxiv görüntüsünü yayımlayaraq "Bu gün 70 yaşın tamam oldu. Heç vaxt təsəvvür etməzdim ki, sənin bu yaşında sənsiz olacağam. Biz də səni hər zaman gözləyəcəyik, fərqi yoxdur, gəldin, gəlmədin. Sən hər zaman gözləniləcəksən, sənin sənətini bacarığını peşəkarlığını, hər şeyi qoyuruq bir kənara. Bizə bu itkinin ən çox təsir edən tərəfi o idi ki, sən yaxşı ata və yaxşı adam idin, bir qram mənfi tərəfin olsaydı, bunları yazmazdım. Səninlə görüşmək ümüdi ilə, ata" sözlərini yazıb.