Türkiyəli müğənni, sənətçi Rəqsanə İsmayılovanın rəfiqəsi Tuğba Ekinci yeni sevgilisi ilə paparatsilərin fotokamerasına tuş gəlib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, sənətçi bir ay bundan əvvəl aktrisalıq dərsi almaq üçün yanına getdiyi Ahmed Yıldırımla eşq yaşamağa başlayıb. Yıldırımla Çeşməyə gedən Tuğba yaxta gəzintisinə çıxıb.
Qeyd edək ki, qışda Rəqsanənin dəvəti ilə Bakıya gələn T.Ekinci onun mahnısını ifa etmiş, klip çəkdirmişdi.