Estetik klinikasından çıxarkən görüntülənən türkiyəli aktrisa Nur Fəttahoğlu jurnalistləri görüncə təşvişə düşüb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Möhtəşəm yüz il” serialında “Mahidevran Sultan” obrazını canlandıran Nur balayından sonra İstanbula qayıdıb.
Aktrisanın ilk işi imicini dəyişmək olub. Təxminən bir saat ərzində klinikada qalan və dərisinə qulluq edən Fəttahoğlu şəkillərinin çəkildiyini gördükdə narahat olub və kameralardan qaçmağa çalışıb.