Rusiya Ədliyyə Nazirliyi xarici agentliyinin buraxılışında Rusiya Xalq artisti Alla Puqaçova və şoumen İvan Urqantın adlarının qarşısına “i” ("Иностранный агент") işarəsi qoyub.
Axşam.az xəbər verir ki, Rusiya Federasiyasının ədliyyə nazirinin müavini Oleq Sviridenko "TASS"a açıqlamasında məsələyə münasibət bildirib:
"Biz sübut olmadan işləmirik. Əgər şəxs qanun çərçivəsində yaşayırsa, biz bunu görürük. Bu günə olan məlumata görə, onların xarici agent kimi tanınması üçün heç bir əsas yoxdur. Şəxslərin xarici agentlərin reyestrinə daxil edilməsi yalnız qanun pozuntusu faktının təsdiqi olduqda həyata keçirilir".