"Zamanın kapıları" serialının ikinci mövsümünün yayım tarixi bəlli olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, layihə iyunun 12-də izləyicilərə təqdim olunacaq. Serial "TOD" platformasında işıq üzü görəcək.
Qeyd edək ki, ekran işinin baş rollarını Belçin Bilginlə Birkan Sokullu paylaşır.