"O dünyanı görüb gəldim"

"O dünyanı görüb gəldim"
1438 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ayaz Qasımov atasının səhhətində ciddi problem yarandığını deyib. 

Axşam.az xəbər verir ki, sənətçi "İncə səhər" proqramında atasının əməliyyat olunduğunu və ağır günlər keçirtdiyini etiraf edib:

"Atam açıq ürək əməliyyatı keçirtdi. İnsanın valideyni qiymətli, əzizdir. 4 ay ciddi çətinliklər, narahatlıqlar oldu. Mənim üçün xoş oldu ki, atam yenidən həyata qayıtdı. Gedib o dünyanı görüb gəldim. Artıq stressdən, problemdən qaçıram.

Bəzən işlə məşğul olursan, özünü unudursan, əzizlərinə diqqətin azalır. İşi kənara qoyub özünə diqqət yetirməlisən".