Makronun heykəli oğurlandı

Makronun heykəli oğurlandı
726 dəfə oxunub
  • A-
  • A
  • A+

Parisdəki Qrevin muzeyindən Fransa Prezidenti Emmanuel Makronun mum heykəli oğurlanıb.

Axşam.az xəbər verir ki, bu barədə “Franceinfo” radiosu məlumat yayıb.

Qeyd olunub ki, iki qadın və bir kişi muzey əməkdaşı kimi geyinərək Makronun heykəlini bu gün səhər oğurlayıblar. Onlar heykəli ədyala büküb, yanğın nərdianından çıxararaq muzeydən uzaqlaşdırıblar.

Hadisədən sonra naməlum bir kişi muzeylə əlaqə saxlayaraq məsuliyyəti öz üzərinə götürüb. O, özünü "Greenpeace" beynəlxalq ekoloji təşkilatının üzvü kimi təqdim edib.

Muzey rəhbərliyi bu barədə dərhal polisə məlumat verib.

Mənbələrin bildirdiyinə görə, Makronun heykəlinin dəyəri təxminən 40 min avrodur.

Hazırda hadisə ilə bağlı istintaq davam edir, şübhəlilərin kimliyi və oğurluğun motivləri araşdırılır.