Emin əkizləri ilə millimizin qələbəsini belə izlədi - Video

Emin əkizləri ilə millimizin qələbəsini belə izlədi - Video
2785 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Emin Ağalarov Azərbaycan milli komandasının minifutbol üzrə dünya çempionatındakı matçını əkizləri Əli və Mikayılla birgə izləyib.

Axşam.az xəbər verir ki, sənətçi həmin görüntüləri sosial media hesabında yayımlayıb. O, övladlarının istəyi sayəsində matçı izləməyə getdiklərini bildirib. Görüntülərdə Eminlə oğullarının futbolçularımızın qələbəsinə sevindiyi anlar da əks olunub.

Xatırladaq ki, Eminin Əminə və Afina adlı iki qız da övladı var.

Qeyd edək ki, Azərbaycan minifutbol yığması Bakıda keçirilən dünya çempionatının qalibi olub. Komandamız final görüşündə Macarıstanı 4:2 hesabı ilə məğlub edərək qızıl medallara sahib çıxıb.