Xalq artisti Brilliant Dadaşova açıq-saçıq fotolarından danışıb. Axşam.az-ın məlumatına görə, müğənni həmin şəkilləri haqqında yazılan rəylərə cavab verib:
“Vay, xalq artistinin də ayağı var imiş. O da Maldivdə 60 dərəcə istidə, həm də dəniz kənarında torpağın üstündə qısa paltarda telefonuna şəkil çəkdirə bilərmiş. Olmazdı ki, “periferiyadan” gəlib Maldivdəkilərə mədəniyyət öyrədərdi. Biabırçılıq... Əzizlərim, vaxt gələcək, 21-ci əsrin sonunda sizin övladlarınız açıq-saçıq geyim anlayışınıza güləcəklər. Sizin "açıq-saçıq" düşüncənizə quzu kəsim. Mənim yaşıma nə olub ki? İnterneti açın, Tina Törner, Ajda Pekkanın yaşına baxın, görün, dünyada 70 yaşı olan insanlar necə görünürlər. Özümüzü nə üçün bu qədər kiçildirik? Heç vaxt gözəllik iddiasında olmamışam. Hər zaman demişəm ki, evimizin ən çirkin qızı mənəm”.
B.Dadaşova "Maldivdə olması barədə yalan danışır" deyənlərə də ismarıc göndərib:
“Məni heç kimlə səhv salmayın. Novxanıda olub, Maldivdəyəm deyənlərdən deyiləm. Heç vaxt Maldivlə Novxanını qarışdırmaram. Mənim üçün Novxanı daha üstündür. Maldiv Bakı kəndlərinin yanında qələt edir ”.