"İçərişəhər" Muzey Mərkəzinə direktor təyin olundu

"İçərişəhər" Muzey Mərkəzinə direktor təyin olundu
569 dəfə oxunub
  • A-
  • A
  • A+

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinə direktor təyin edilib.

Axşam.az xəbər verir ki, bu vəzifəyə Muzey işi sahəsinin mütəxəssisi və eksperti Azadə Hüseynova təyin olunub.

Qeyd edək ki, A.Hüseynova fəaliyyətinə 1988-ci ildə Azərbaycan Xalça Muzeyində başlayıb, 1994-2005-ci illərdə İstiqlal Muzeyinin direktoru vəzifəsində çalışıb.

2005-ci ildən etibarən Mədəniyyət Nazirliyində uzun illər Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət şöbəsinin müdiri olub. O, 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif edilib.