Türkiyənin sevilən ifaçısı Gülbən Ərgənin bu gün 42 yaşı tamam olur. Axşam.az-ın məlumatına görə, 1972-ci ildə İstanbulda dünyaya gələn müğənni karyerasında özünü aparıcı, model və aktrisa kimi də sınayıb. "Dayə", "Fərat", "Mərziyə" kimi seriallarda oynadığı rollarla yadda qalıb.
Müğənni kimi ilk debütünü 1996-cı ildə "Mərhaba" adlı albomu ilə edib. Bundan əlavə 6 albomu və bir sinqlı var. "Uçacaksın", "Küt", "Şıkır-şıkır", "Bay doğru", "Sandıq ləkəsi", "Kandıramazsın beni", "Lay la lay", "Durdurun dünyayı" və s. məşhur mahnıları ilə sevilib.
"Anadolu atəşi" rəqs qrupunun rəhbəri Mustafa Ərdoğanla nikahından 3 oğlu var. Hazırda teleaparıcı Ərxan Çəliklə sevgilidir.