Samirənin ad günüdür: "Qəfil içəri girib məni qucaqladı"

Samirənin ad günüdür: "Qəfil içəri girib məni qucaqladı"
2468 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün müğənni Samirə Allahverdinin ad günüdür.

Təəssüratlarını Axşam.az-ın əməkdaşı ilə bölüşən ifaçı aldığı ilk təbriklərdən, həyat yoldaşının sürprizindən bəhs edib:

“Ad günümü illərdir qeyd etmirəm. Amma ətrafımdakı insanlardan diqqət görürəm. İnstaqramda, “Facebook”da dostlarım, əzizlərim məni təbrik edirlər. Bu qədər diqqət, təbrik çox xoşdur. Hamı zəng edir ki, sənə nə alaq. Mənim üçün insanların qayğısı, səmimiyyəti, sevgisi bütün hədiyyələrdən üstündür. Bilmirəm niyə, amma hər dəfə ad günümdə kövrəlirəm. Gözlərim dolur… Telefonumu söndürüb təkliyə qapılmağı arzulayıram. Bu, yaşımın üstünə yaş gəlir qorxusu deyil".

Samirə onu ilk təbrik edənin həyat yoldaşı olduğunu dedi:

"Əlində çiçəklə qəfil içəri girib, məni qucaqladı. Əzizlərimin diqqəti, sevgisi ən böyük hədiyyəmdir”.
Qeyd edək ki, S.Allahverdiyeva 1977-ci ildə anadan olub. Ailəlidir, bir qız, bir oğul övladı var.