Demet Akalın 300 minlik yeni avtomobil alıb - fotolar

Demet Akalın 300 minlik yeni avtomobil alıb - fotolar
2148 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Demet Akalın və həyat yoldaşı Okan Kurt ötən gün Bebekdə yeni maşınları ilə görüntüləniblər.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 300 min avro dəyərindəki "Porsche" markalı avtomobilləri ilə sahildə gəzintiyə çıxan cütlük səhər yeməyindən sonra qızları Hira üçün alış veriş etməyə yollanıb.

Getdikləri mağazadan çıxarkən kameralara tuş gələn D.Akalın "Okan idman üslubundakı avtomobillərlə, mən isə uşaq maşınları ilə maraqlanıram" deyib.
 
Bundan əlavə müğənni "Okanın hədiyyəsidir" yazmayın ha. Onsuz da paxıllıqdan ölənlər çoxdur" deyə jurnalistləri xəbərdar edib.

Onlar yeni avtomobillərinə qızlarının adının baş hərfindən ibarət nömrə nişanı hazırlatmaq istədiklərini bildiriblər.