Ötən gün Kaliforniyada "MTV Video Musiqi Mükafatları-2014" mərasimi keçirilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, dünyanın bir çox məşhur simaları həmin tədbirdə iştirak ediblər.
Beyons, Nikki Minaj, Mayli Sayrus, Cennifer Lopez, Teylor Svift, Ketti Perri, Rita Ora, Snup Doq, Cim Kerri və başqa ulduzların qatıldığı gecədə bir-birindən maraqlı şoular göstərilib.
Maykl Cekson adına xüsusi mükafata layiq görülən Beyons səhnədə həyat yoldaşı Cey Zi və qızı Blu Ayvini görüncə göz yaşlarını saxlaya bilməyib.
Nikki Minaj isə "Anakonda" mahnısının ifası zamanı hazırladığı möhtəşəm şou ilə diqqəti özünə cəlb edib.
Cennifer Lopez ona transseksualla xəyanət edən keçmiş sevgilisi Kaspert Smartla ayrı-ayrılıqda tədbirin keçirildiyi zala daxil olsa da, onların yenidən birlikdə olduqları barədə şayiələr gəzir.
Mayli Sayrus səhnəyə onun yerinə mükafatı almaq üçün Cessi adlı evsiz bir gənci çıxarıb. Bununla da həmin oğlan tamaşaçılarla həyat hekayəsini bölüşmək imkanı qazanıb.
Mükafatlandırma mərasimindəki nominasiyalar üzrə qaliblərin siyahısı belədir:
1) Ən yaxşı qadın videosu - Keti Perri, "Dark horse"
2) Ən yaxşı kişi videosu - Ed Şiran "Sing"
3) Ən yaxşı pop-video - Ariana Qrande və İqqi Azalea, "Problem"
4) Ən yaxşı hip-hop-video - Dreyk, "Hold on, We're Going Home"
5) Ən yaxşı rok-video - Lord, "Royals"
6) Ən yaxşı kolloborasiya - Beyons və Cey zi "Drunk in love"
7) Ən yaxşı sosial mövzulu video - Beyons "Pretty hurts"
8) İlin ən yaxşı videosu - Mayli Sayrus, "Wrecking Ball"