Ötən gün Kaliforniyada "MTV Video Musiqi Mükafatları-2014" mərasiminin keçirilməsi ilə bağlı xəbər vermişdik.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, Beyons, Nikki Minaj, Mayli Sayrus, Cennifer Lopez, Teylor Svift, Ketti Perri, Rita Ora, və başqa ulduzların qatıldığı gecədə dünya məşhurları makiyaj və saç düzümləri ilə də diqqət çəkiblər.
Mövsümün ən dəbli saç dümüzünə üstünlük verən tanınmışlar ilk baxışda sadə, amma bir o qədər də cazibədar görünən makiyaj ediblər. Hər dəfə olduğu kimi bu dəfə də buruq ən çox seçim edilən saç düzümü olub. Dodaq boyalarına gəlincə, bəziləri olduqca sadə, bəziləri isə parlaq rənglərə üstünlük veriblər.