Məşhur müğənni Dua Lipa sevgilisi, britaniyalı aktyor Kallum Turnerlə nişanlanıb.
Axşam.az xəbər verir ki, o,Britaniyanın "Vogue" jurnalının yeni buraxılışı üçün kamera qarşısına keçib. İfaçı nəşrə müsahibəsində nişanlandığını təsdiqləyib:
“Bəli, nişanlıyıq, çox həyəcanlıyam. Üzüyümə pərəstiş edirəm. Bu mənim kim olduğumun əksidir. Ömrünün qalan hissəsini birlikdə keçirəcəyiniz insanın sizi çox yaxşı tanıdığını bilmək xoş bir hissdir".
Qeyd edək ki, Lipa bundan əvvəl 41 yaşlı fransalı rejissor Romeyn Qavrasla sevgili idi. İkili 8 aylıq münasibətin ardından ötən ilin dekabrında ayrılmışdı.