Türkiyəli aparıcı-prodüser, bir çox məşhur layihələrin müəllifi Acun İlıcalının “TV8” kanalında səhər proqramı aparmağa hazırlaşan müğənni Hülya Avşar ötən gün tennis oynayarkən görüntülənib.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, sənətçi qidalanmasına fikir verdiyini və idman edərək bu yay 11 kiloqram arıqladığını söyləyib.