Eldəniz oğluna "palatka" toyu edəcək

Eldəniz oğluna "palatka" toyu edəcək
4519 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Eldəniz Məmmədov oğlu Kamranın toy istəyindən danışıb.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" verilişində söz açıb. O bildirib ki, oğlu "palatka" toyu etmək istəyir:

"Oğlumun xüsusi istəyidir. Deyir, çadır toyu edəcəyəm. Oxuyan da cavan bir ifaçı var onu istəyir. Amma hələ oxuyur. Toy 4 il sonra olacaq".

Qeyd edək ki, sənətçinin oğlu Polşada təhsil alır.