"TikTok gözəl platformadır"

"TikTok gözəl platformadır"
600 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Ədalət Şükürov tamaşaçılardan şikayətlənib.

Axşam.az xəbər verir ki, müğənni bu haqda "İncə səhər" verilişində deyib. O bildirib ki, tamaşaçılar ifaçılara əl çalmır:

"Bizim mentalitetimizdə əl çalmağa simiclik var. Müğənniyə əl çalarlar, nə var burada? Əgər xoşunuza gəlirsə, əl çalın da. Bu, bizə enerji verir".

Ə.Şükürov TikTok-u pisləyənlərdən danışaraq "TikTok gözəl platformadır. Baxır nə üçün istifadə edirsən. Bəzi proqramlar da yaxşıdır. Baxa bilirsən övladın dərsə nə zaman gedir, nə zaman qayıdır" sözlərini əlavə edib.