Pavel Durovla bağlı qərarda dəyişiklik

Pavel Durovla bağlı qərarda dəyişiklik
616 dəfə oxunub
  • A-
  • A
  • A+

40 yaşlı milyarder, teleqram messencerinin qurucusu Pavel Durova Fransanı tərk etməyə icazə verilib.

Axşam.az xəbər verir ki, Durov iyulun 10-dan başlayaraq ardıcıl 14 gün ərzində Fransanı tərk edə bilər:

“İcazə yalnız qohumlarının yaşadığı və teleqramın ofislərinin yerləşdiyi Dubaya səfərlər üçün keçərlidir”.

Paris Apellyasiya Məhkəməsinin müvafiq qərarı iyunun 19-da qüvvəyə minib.

Qeyd edək ki, Pavel Durov avqustun 24-də Fransanın “Le Burje” hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Ona qarşı qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə olunması da daxil olmaqla 6 maddə üzrə ittiham irəli sürülüb.

Durov 5 milyon avro girov müqabilində məhkəmə nəzarətinə götürülmüş və onun Fransadan çıxışı da qadağan edilmişdi.