Yeni çəkilən “Superman” filmində baş rolu canlandıran aktyor David Korensvet kostyumun sıxlığı səbəbindən klaustrofobiya (qapalı, dar məkanlarda olmaqdan yaranan narahatlıq vəziyyəti) yaşadığını bildirib.
Axşam.az xəbər verir ki, aktyor bu barədə "People" jurnalına müsahibəsində danışıb.
Korensvet izah edib ki, kostyum ilkin çəkiliş sınaqları zamanı 88 kilo çəkidə olduğu dövrdə hazırlanıb. Lakin o, daha sonra rolu üçün çəkisini 111–116 kiloya qədər artırıb.
David kostyumun kostyum çox dar olduğunu və nəfəs almaqla bağlı problemlər yaşadığını bildirib.
Qeyd edək ki, ekran işi bu il tamaşaçılara təqdim olunacaq.