“Amazon” şirkətinin qurucusu Ceff Bezos keçmiş teleaparıcı Loren Sançeslə toyuna məşhur müğğənni Ledi Qaqanı dəvət etməyi planlaşdırıb.
Axşam.az xəbər verir ki, ifaçının Venesiyada səhnə almaq üçün 6 milyon dollar tələb etdiyi iddia olunub. İfaçı qismində çağırılanlar arasında Elton Conun da olduğu bildirilib.
Məşhurlara yaxın mənbə "TMZ"yə açıqlamasında çıxan xəbərləri təkzib edib.
Qeyd edək ki, cütlüyün toyu 3 gün 3 gecə davam edib. Mərasimdə britaniyalı müğənni Elli Qouldinq və italyan sənətçi Matteo Boçelli çıxış edib.