“Sputnik Azərbaycan” işinə görə həbs edilənlər var - Yenilənib

“Sputnik Azərbaycan” işinə görə həbs edilənlər var - Yenilənib
851 dəfə oxunub
  • A-
  • A
  • A+

“Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) DİN-in keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə 7 nəfər saxlanılıb.

Axşam.az xəbər verir ki, Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

***

Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərlə bağlı məhkəmə keçirilir.

Axşam.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində onların barəsində qətimkan tədbirinin seçilməsi haqqında təqdimatlara baxılılır.

Məhkəmənin qərarı ilə “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onlara Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) , 192.2.2-ci (Qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 192.2.3-cü (Qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) maddələri üzrə ittiham elan olunub.