"Onları məndən qabaq qəbiristanlığa göndərməyin"

"Onları məndən qabaq qəbiristanlığa göndərməyin"
1645 dəfə oxunub
  • A-
  • A
  • A+

"Hər dəfə səhnəyə çıxacağım anda böyük məsuliyyət hiss edirəm. Bu gün gənclər çox sərbəst çıxırlar, amma səhnədə heç nə edə bilmirlər. Bizim böyük sənətkarımız belə uzun illər o məsuliyyəti hiss edib".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Həmin Zaur" verilişində deyib. Sənətçi mahnılarını ifa edən gənclərə də tövsiyə verib:

"Düşünürəm ki, məndən sonra da mahnılarım yaşayacaqsa, mən də yaşayacağam. Amma gənclərə bir tövsiyyəm var. Əgər onun öhtəsindən gözəl gələ biləcəksinizsə, ifa edin. Mahnıların qol-qabırğalarını sındırıb, onları məndən qabaq qəbiristanlığa göndərməyin".