"TV8" kanalı və "Exxen" platformasının sahibi, iş adamı Acun Ilıcalı aylıq gəlirini açıqlayıb.
Axşam.az xəbər verir ki, bu barədə o, hakim qarşısında ifadə verərkən danışıb. Belə ki, Acun qanunsuz mərc oyunlarının reklamını yayımlayaraq insanları qumara təşviq etməklə günahlandırılıb.
Ilıcalı aylıq gəlirinin 5 milyon lirə (214 min manat) olduğunu vurğulayıb.
İş adamı ifadəsində sözügedən yayımların digər kanallarda da edildiyini, lakin yalnız onun buna görə mühakimə olunduğunu əlavə edib.
Qeyd edək ki, Acunun sözügedən ittiham səbəbi ilə 5 il 3 aya qədər həbsi tələb olunur.