"Məktəb olanda canım dincəlmişdi"

"Məktəb olanda canım dincəlmişdi"
5335 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Xoşqədəm Hidayətqızı verilişə oğlu Arınla birlikdə çıxıb. 

Axşam.az xəbər verir ki, aparıcı proqramına qucağında övladı ilə gəlib. O bildirib ki, məktəblər tətil etdiyi üçün övladı onunla işə getmək istəyir:

"Deyir ki, ana, səninlə işə gedirəm. Belə şey olar? Məktəb var idi, canım dincəlmişdi. Məktəb olmayanda evdə darıxırlar. Dedim ki, işə aparacağam".

Qeyd edək ki, Xoşqədəm türkiyəli müğənni Doğuşla ailəlidir. Onun bu nikahdan əkiz övladı var. Aparıcının ilk evliliyindən isə bir oğul övladı var.