"X"də problem yarandı

"X"də problem yarandı
641 dəfə oxunub
  • A-
  • A
  • A+

"X" sosial şəbəkəsinin işində problemlər yaranıb.

Axşam.az xəbər verir ki, bu barədə "Downdetector" portalı məlumat yayıb.

Qeyd olunub ki,  ABŞ-də təxminən 16000 istifadəçi xidmətin kəsilməsindən şikayətlənib.

Bundan əlavə, problemlər Böyük Britaniya, Kanada, Fransa, Meksika, Hindistan, Almaniya, Hollandiya, İspaniya və Braziliyadan olan istifadəçilər tərəfindən də qeydə alınıb.

İstifadəçilər ən çox proqramda və sosial şəbəkə saytındakı nasazlıqlardan, həmçinin serverə qoşulma, yazıların dərci və hesaba daxil olma problemlərindən şikayətləniblər.