Müğənni Günay İbrahimli ailəsi ilə istirahətə yollanıb.
Axşam.az xəbər verir ki, sənətçi bunun üçün Qubaya, Xınalıq kəndinə yollanıb.
Günay gəzinti görüntülərini sosial şəbəkədə yayımlayıb. Videoda sənətçinin anası, atası və bacısı yer alıblar.
Günay valideynlərinin görüntüsünə "35 illik eşq. Dualarında adım keçən iki insan: onlarla güclüyəm" qısa şərhini yazıb.