Dubaydan gələn sərnişində 548 əyyar brilyant aşkarlandı - Fotolar

Dubaydan gələn sərnişində 548 əyyar brilyant aşkarlandı - Fotolar
1301 dəfə oxunub
  • A-
  • A
  • A+

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükünə stasionar rentgen qurğusunda baxış keçirilib. Gömrük nəzarəti zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl yüklərinə gömrük yoxlaması tətbiq edilib.

Axşam.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, gömrük yoxlaması zamanı vətəndaşa məxsus çantanın astarının altından, ümumilikdə 547.7 əyyar brilyant qaşlar aşkar olunub.