Məşhur cütlük, müğənni Keti Perri və aktyor Orlando Blum ayrılıb.
Axşam.az xəbər verir ki, bir müddətdir haqlarında şayiələr gəzən cütlük iddiaları təsdiqləyib. Keti ilə Orlandonun rəsmi nümayəndələri bu barədə Qərb mətbuatına açıqlama verib.
Bildirilib ki, cütlük övladlarına görə hələlik boşanmaq haqqında düşünmürlər.
Qeyd edək ki, cütlük 2016-cı ildə "Qızıl Qlobus" mərasimindən sonra bir ziyafətdə tanış olublar. 3 il sonra aktyor müğənniyə evlilik təklif etsə də, toyu baş tutmayıb. Onların 2020-ci ildə qızı dünyaya gəlib. Bu, Ketinin ilk, Orlandonun isə ikinci uşağıdır. Onun əvvəlki münasibətindən bir oğlu da var.