Azərbaycanlı müğənni Albina Pyakşeva qətlə yetirilib.
Axşam.az xəbər verir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva sosial media hesabında yazıb. O bildirib ki, Albina Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb:
"Albina Pyaksheva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb".
Qeyd edək ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən "I am Jazzman" müsabiqəsinin finalçısı olub, "Səs Azərbaycan" ("Azərbaycanın səsi") proqramında iştirak edib.
***
Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva yeni açıqlama yayaraq müğənninin sağ olduğunu açıqlayıb.
“Əzizlərim, yeni bir xəbər aldım. Albina sağdır” deyə ,o, paylaşımında yazıb.
Əlavə edək ki, Albinanın yaxın dostlarından biri APA-ya açıqlamasında onun ölümü ilə bağlı iddiaları təkzib edib.
Qeyd edək ki, bir neçə saat əvvəl L.Əfəndiyeva feysbuk hesabında müğənninin ABŞ-Meksika sərhədini keçərkən öldürüldüyünü bildirmişdi.