Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Sinan Akçılla aparıcı Ece Erken ayrılıb.
Axşam.az-ın məlumatına görə, bununla bağlı çıxan iddiaları ifaçı təsdiqləyib:
"Münasibətlərinin 3 gün sürdüyünü deyənlər, Ece üç gün davam edəcək münasibətə layiq deyil. 1-2 aydır davam edən bu münasibət bəzi fikir ayrılıqlarına görə bitmiş ola bilər. Onun kimi heyrətamiz ananı və uğurlu qadını həmişə çox sevə-sevə xatırlayacağam. Ayaq üstə duran uğurlu qadınlar haqqında danışmaqdansa, qədrini bilək".
Qeyd edək ki, Ecenin eks-əri, "Beşiktaş" klubunun sabiq rəsmisi, vəkil Şafak 2022-ci ildə güllələnərək qətlə yetirilib. Onlar 1 il evli olublar. Bu, Ecenin 3-cü evliliyi idi.
Sinan isə aktrisa Burcu Kıratlı ilə ilk dəfə 2018-ci ildə evlənib. Onlar bir ildən sonra boşanıblar. Cütlüyün 2021-ci ildəki evliliyi də 2022-ci ildə rəsmi şəkildə sonlanıb.
Ece ilə Sinan bir müddət əvvəl sosial media hesablarında paylaşım yayaraq sevgili olduqlarını açıqlamışdılar. Lakin ötən gün cütlüyün sosial media hesablarında bir-birini izləmədən çıxardığı bəlli olub.