Müğənni Xuraman Şuşalı mərhum ilahiyyatçı Hacı Şahin Həsənli ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, sənətçi onu yuxuda gördüyünü deyərək, bunları yazıb:
"Biz səni cox sevdik, qardaş. Bəzən zəng edib məsləhət alardım. O qədər səbrlə dinləyərdi ki... İndi də dara düşəndə yuxuma gəlib iki dəfə mənə məsləhət verdin. Seçilmiş insan, yəqin ki, o dünyada da məqamın yüksəkdi. Yuxuma gəlməyin bir daha bunu mənə sübut etdi. Allah hər iki dünyamızı gözəl etsin. Dünyamızdan köçənlərimizə rəhmət eləsin, amin".
