Xəbər verdiyimiz kimi, aşıq Əhliman Rəhimov insult keçirib.
Axşam.az xəbər verir ki, aşıq Samirə Əliyeva onun səhhəti ilə bağlı açıqlama yayıb. Sənətçi bildirib ki, aşıqla əlaqə saxlayıb və səhhəti yaxşıdır:
"Əlaqə saxlamışam. Əhliman müəllimin sağlıq durumu yaxşıdır. Allah ustadımızı qorusun".
Qeyd edək ki, aşıq Əhliman 3 il əvvəl ürəyində yaranan problemə görə əməliyyat olunmuşdu. Onun iki dəfə insult keçirtdiyi deyilib.