Qızının anası ilə nişanlandı - Fotolar

Qızının anası ilə nişanlandı - Fotolar
10860 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı aktyor Kevin Konnolli evlənir.

Axşam.az xəbər verir ki, 51 yaşlı aktyor sevgilisi, 46 yaşlı kolumbiyalı aktrisa Zulay Henaoy ilə nişanlanıb.

Mərasim Nyu-York şəhərində baş tutub. Cütlüyün 4 yaşlı qızı Kennedi də daxil olmaqla cütlüyün ailə üzvləri nişana qatılıb.

Qeyd edək ki, Kevin karyerasına altı yaşında başlayıb. O, 1990-cı ildə "Rokki V" filmində debüt edib. Aktyor bir çox ekran işində rol almaqla yanaşı rejissor kürsüsündə də əyləşib.