"Kardeşlerim"in aktyoru əsgər gedir

"Kardeşlerim"in aktyoru əsgər gedir
2362 dəfə oxunub
  • A-
  • A
  • A+

"Kardeşlerim" serialı ilə məşhurlaşan aktyor Bilal Yiğit Koçak əsgərliyə gedir.

Axşam.az xəbər verir ki, aktyor ödənişli hərbi xidmətdən yararlanacaq. O, iyulun 12-də öz bölməsinə gedəcək.

29 yaşlı aktyorun hərbi xidmətini Burdur Dağ Komando Birliyində edəcəyi bildirilir.

Bilal hərbi xidmətdən qayıtdıqdan sonra "Bereketli topraklar" serialının çəkilişlərində iştirak edəcək.