Pantomima Teatrının yeni direktoru məlum oldu

Pantomima Teatrının yeni direktoru məlum oldu
1064 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Pantomima Teatrına təyin olunan direktorun kimliyi məlum olub.

Axşam.az APA-ya istinadən xəbər verir ki, teatrın sabiq direktoru Əməkdar artist Elman Rəfiyevin öz ərizəsi ilə işdən çıxması barədə məlumat yeni üzə çıxsa da, onun işdən azad olunması ilə bağlı əmr bu ilin fevralın 6-sı imzalanıb.

Belə ki, elə həmin ay mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə teatra Yarməmməd Qurbanov təyin olunub.

Faktı Mədəniyyət Nazirliyi də təsdiqləyib.