Rəhman Bədəlov vəfat etdi

Rəhman Bədəlov vəfat etdi
1594 dəfə oxunub
  • A-
  • A
  • A+

Fəlsəfə elmləri doktoru, professor Rəhman Bədəlov vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə APA-ya onun qızı Heyran Qorçu bildirib.

O qeyd edib ki, atası 2 saat öncə uzun sürən onkoloji xəstəlik səbəbilə dünyasını dəyişib.

Rəhman Bədəlovun nəşi sabah Əhmədli qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcək.

Qeyd edək ki, Rəhman Bədəlov 1937-ci ildə Bakıda anadan olub. O, bir neçə kitabın, o cümlədən “Qəhrəmanlıq eposunun həqiqəti və bədiiliyi”, “Birlikdə yaşamaq və ya İnsanlar demokratiyaya necə gəldi”, “Zərdobalı adam: kino üçün sənədli fantaziya” kitablarının və dörd yüzdən çox elmi, maarifləndirici və publisistik məqalənin müəllifidir.