Tamilla Ələkbərova yaşadığı binadan şikayət etdi

Tamilla Ələkbərova yaşadığı binadan şikayət etdi
2975 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış diktor Tamilla Ələkbərova yaşadığı binadan şikayət edib. 

Axşam.az xəbər verir ki, aparıcı "Günə bax" proqramına bununla bağlı müsahibə verib. O bildirib ki, 3 ildir yaşadığı binada lift işləmir:

"Maliyyəçi MMC-nin sədrinə müraciət etmişəm, məktub yazıb xahiş etmişəm. Deyirlər ki, lift bahadır, pul çatmır. Ayda 40 manat ödəyirəm. Evdə matrasım xarab olmuşdu, sifariş etdim, insanlar çiyinlərində ayaqla 9-cu mərtəbəyə qaldırıblar. Ürəyim ağrıyır, burada tək yaşayıram".

Aparıcı İlqar Mikayıloğlu bildirib ki, şirkətin əməkdaşlarından fikir öyrənməyə çalışıblar, amma onlar çəkiliş komandasına hücum ediblər:

"Ofis bağlanıb, hamınız qeybə çəkilmisiniz. Niyə? Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik, onlar problemi həll edəcəklərini dedilər".