"X"ə cinayət işi açıldı

"X"ə cinayət işi açıldı
877 dəfə oxunub
  • A-
  • A
  • A+

Fransada milyarder İlon Maska məxsus olan "X" şirkətinə cinayət işi açıb.

Axşam.az xəbər verir ki, Paris prokurorluğu platformanın alqoritminin manipulyasiya edildiyi və bu yolla ictimai rəyə təsir göstərərək xarici müdaxiləyə şərait yaratdığı iddiaları əsasında istintaqa başlayıb.

İstintaq həmçinin avtomatlaşdırılmış məlumat emalı sistemlərinə müdaxilə və təşkilatlanmış şəkildə qanunsuz məlumat çıxarılması kimi potensial cinayətləri də əhatə edir.

Bu araşdırma, 2025-ci ilin yanvar ayında Fransa parlamentinin deputatı Erik Botorel və bir dövlət qurumunun yüksək vəzifəli nümayəndəsi tərəfindən təqdim olunan iki hesabat əsasında başlanıb. Hesabatlarda, "X" platformasının alqoritminin Avropa ölkələrində sağçı partiyaların mövqelərini gücləndirmək məqsədilə dəyişdirildiyi və bu yolla ictimai debatlara təsir göstərildiyi iddia olunur.

Hazırda hüquq-mühafizə orqanları ölkədə “X” istifadəçilərinə məxsus məxfi məlumatların yad qüvvələr tərəfindən əldə edilib-edilmədiyini araşdırır.

Qeyd edək ki, cari ilin yanvar ayında Fransa daxil olan şikayətlər əsasında “X” platformasının ölkə qanunlarını pozması ilə əlaqədar olaraq araşdırma aparmışdı.