Peyğəmbərlərin karikaturasını dərc etmişdilər, həbs olundu

Peyğəmbərlərin karikaturasını dərc etmişdilər, həbs olundu
1525 dəfə oxunub
  • A-
  • A
  • A+

Məhəmməd peyğəmbər və Musa peyğəmbərin karikaturalarının dərc edildiyi Türkiyənin "Leman" jurnalının baş redaktoru Aslan Özdəmir həbs olunub.

Axşam.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Fransadan İstanbula qayıdan jurnalist hava limanında göz altına alınıb. Polis əməkdaşları Özdəmiri birbaşa İstanbul ədliyyəsinə aparıb.

Baş redaktor barəsində "xalqı nifrət və düşmənçiliyə təhrik etmək və ya alçaltmaq" maddəsi ilə cinayət işi açılıb.

Hakim Özdəmir barəsində həbs qərarı çıxarıb.