Aparıcı Aytən Səfərova vətəndaşların Bakıda və bölgələrdə eyni işə görə fərqli maaş aldıqlarını gündəmə gətirib.
Axşam.az xəbər verir ki, bu barədə o, "Xəbər-ertəsi" proqramında danışıb. Aytən iş yükünün eyni, lakin qazancın isə fərqli olduğunu bildirib:
"Bankın Bakıda da, bölgələrdə də filialları var. Məsələn, niyə eyni işi Bakıda görən insan aylıq 1000 manat, bölgələrdə isə 700 maaş alır? İş yükü isə eynidir. Bu fərq nədən yaranır?".