Məşhur müğənni Rihanna Los-Ancelesdə "Şirinlər" filminin premyerasına qatılıb.
Axşam.az xəbər verir ki, ifaçı oğulları Rza və Riot ilə birgə kamera qarşısına keçib.
Qeyd edək ki, Rihanna reper Eysap Roki (Rakim Mayers) ilə nişanlıdır. O, üçüncü övladına hamilədir.
Rihanna sözügedən ekran işində "Şirinə" obrazını səsləndirib.


