Azərbaycanlı aparıcı "Amazon"da çalışır - Video

Azərbaycanlı aparıcı "Amazon"da çalışır - Video
6401 dəfə oxunub
  • A-
  • A
  • A+

Uzun müddətdir Amerikaya köçən aparıcı Rüfət Ağayev orada "Amazon" şirkətində çalışır. 

Axşam.az xəbər verir ki, bu haqda aparıcı Emin Musəvi paylaşım edib. Amerikada olan Musəvi Rüfətin çalışdığı ofisə gedib.

"Vaşinqton yaxınlığında yerləşən ofisdir. Dünyanın ən tanınmış, uğurlu, varlı şirkətlərindən biridir. Sənin müdirin olmuşam bəxdin açılıb, gəlib "Amazon"da çalışırsan" deyə, E.Musəvi bildirib.

Rüfət isə "Müdirim, müəllimin. Səhər saat 10-da zəng edirdi, səsim yuxulu gəlirdi. Deyirdi, bu gedişlə heç nəyə nail olmayacaqsa. Burada süni intellekt satışı ilə məşğulam" cavabını verib.