Şahin Şıxlinskinin oğlu həbs olundu

Şahin Şıxlinskinin oğlu həbs olundu
1822 dəfə oxunub
  • A-
  • A
  • A+

Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin barəsində həbs qətiimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə keçirilib.

Axşam.az APA-ya istinadən xəbər verir ki, Yekaterinburqun Leninski Rayon məhkəməsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etmək) təqsirləndirilən M. Şıxlinski barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Azərbaycan diasporunun rəhbərinin oğlunu 5 ilə qədər həbs gözləyir.