Aktyor okeanda boğuldu

Aktyor okeanda boğuldu
2050 dəfə oxunub
  • A-
  • A
  • A+

"Dexter" serialındakı rolu ilə tanınan amerikalı aktyor Malkolm-Camal Uorner faciəvi şəkildə dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, 54 yaşlı aktyor Kosta-Rikada ailəsi ilə istirahətdə olarkən okeanda boğularaq ölüb. Onun meyiti çimərlik yaxınlığında tapılıb.

Qeyd edək ki, Uorner ilk dəfə 1982-ci ildə "Matt Hyuston" detektiv serialında rol alıb. O, “Kostyumlar”, “Amerika Dəhşət Hekayəsi” seriallarında və digər məşhur layihələrdə çəkilib.