Türkiyəli aktrisa 23 milyonluq dələduzluqda ittiham olunur

Türkiyəli aktrisa 23 milyonluq dələduzluqda ittiham olunur
2317 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Meral Kaplan saxlanılıb.

Axşam.az xəbər verir ki, aktrisa torpaq satışı üçün saxta sənədlər hazırlayaraq 23 milyon lirə  (964 min manat) pulu mənimsəməkdə ittiham olunub. Meralla yanaşı 4 nəfər də tutulub. İfadəsi alınan və haqqında səsləndirilən ittihamları rədd edən aktrisa şərti olaraq azadlığa buraxılıb.

Qeyd edək ki, Meral son olaraq "Arka sokaklar" serialında rol alıb.