Rusiyanı üç il əvvəl tərk edən Xalq artisti Alla Puqaçova ölkə vətəndaşlığından imtina edib.
Axşam.az xəbər verir ki, bu barədə Rusiyanın bir sıra teleqram kanalları məlumat yayıb. Bildirilib ki, sənətçi müvafiq sənədləri Rusiyanın İsraildəki səfirliyinə təqdim edib.
Prosedur kənar şəxslər olmadan bağlı qapılar arxasında baş tutub və Puqaçova binaya ayrıca girişdən daxil olub. Sənədlərə baxılması istisna hallar xaricində bir neçə ay çəkə bilər.
Qeyd edək ki, Puqaçova və həyat yoldaşı şoumen Maksim Qalkin övladları ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçüb.