Əməkdar artist Dilarə Əliyeva uzun illər əvvəl aparıcılığını etdiyi "Pıçhapıç" verilişi ilə yenidən efirə qayıdır.
Axşam.az xəbər verir ki, bu barədə aktrisa sosial şəbəkədə məlumat yayıb. O, 1998-ci ildə həmin verilişdən lentə alınan bir hissəni izləyiciləri ilə bölüşərək bunları qeyd edib:
"27 il sonra “Pıçhapıç”ı yenidən sizinlə görüşdürəcəyəm! Bu kadrlar 1998-ci ildə çəkilib. Ən gözəl yenilik köhnəlikdir".